BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib

23-11-2017, 07:45           
BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib
İŞİD terror qruplaşması Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Yan Kubiş bəyan edib.

“2014-cü ilin yayından İŞİD terror qruplaşması Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib. 7,5 milyon insan terrorçuların əsarətindən azad edilib”, deyə Y.Kubiş qeyd edib.

BMT nümayəndəsi həmçinin bildirib ki, hərbi əməliyyatlarla əlaqədar Suriya və İraqda 6 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru