Suriyada məğlub olan ABŞ, qruplaşmaları Ər-Riyada toplayıb `istefa` dedi

23-11-2017, 08:52           

Soçidə Rusiya, Türkiyə və İran üçlü zirvə toplantısının keçirildiyi dəqiqələrdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplanan və ABŞ-ın nəzarətində olan Suriya qruplaşmaları açıqlama yayıblar.

FaktXəbər-in məlumatına görə, açıqlama yayayn tərəf keçid prosesinin başlanğıcı üçün Suriya prezidenti Bəşşar Əsədin istefasını səsləndiriblər.

Bu arada isə Almaniyanın "Der Tagesspiegel" qəzetinin yazarı Susanna Güsten Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin bu gün Soçidə keçirdiyi görüş barədə yazarkən qeyd edib ki, Suriyanın gələcəyi haqqında qərarlar verilərkən ABŞ bir kənara itələnib.

O qeyd edib ki, Soçi görüşündə qazanan tərəf Suriya prezidenti Bəşşar Əsəddir və Soçiyə dəvət edilməyən ABŞ isə indidən itirənlər tərəfində rol oynayır.

Güsten yazısında ABŞ-ın keçmiş Türkiyə səfiri Erik Edelmanın da fikirlərinə yer verib.

Edelmana görə, İsrail və Fars körfəzindəki sünni ölkələrin qoruyucusu rolunu oynayan ABŞ-ın Suriyada tətbiq etmək üçün əks strategiyası yoxdur: "Belə halda Rusiya və İranın heç bir əngəllə qarşılaşmadan Suriyada öz sistemlərini quracaqlar."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru