KİV: Rəsmi Kiyev Saakaşvilini ölkədən xaric edəcək

23-11-2017, 09:12           
KİV: Rəsmi Kiyev Saakaşvilini ölkədən xaric edəcək
Ukraynanın hakimiyyət orqanları Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşavilini yaxın bir həftə ərzində ölkədən xaric edəcək.
"Report"un xəbərinə görə, bu barədə məlumatı Ukrayna KİV-i güc strukturlarındakı mənbələrə istinadən yayıb.
Bildirilir ki, M.Saakaşvilinin deportasiyasına dair hazırlıqlar xüsusi əməliyyat formatında keçirilir. "Gürcüstanlıların bir neç gün əvvəl müşahidə etdiyimiz xaric edilməsi bu hazırlığın bir elementidir. Lakin əsas fərq odur ki, M. Saakaşvili Gürcüstana yox, 3-ü ölkəyə xaric ediləcək", - deyə mənbə bildirib.
Bir müddət əvvəl Ukrayna Ali İnzibati Məhkəməsi M. Saakaşvilinin prezident Petro Poroşenkonun istefaya göndərilməsinə dair iddiasını təmin etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru