Çex liderdən Medvedyevə tələb: “Bu məqaləni araşdırın”

23-11-2017, 12:06           

Çexiya Prezidenti Miloş Zeman Rusiya Müdafiə Nazirliyinin “Zvezda” televiziyasını kəskin tənqid edib.

Axar.az xəbər verir ki, Zeman tənqidini Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşü zamanı dilə gətirib. O, “Zvezda” televiziyasının Çexiya haqqında məqaləsini provokasiya adlandırıb:

“Dünən “Zvezda” televiziyasında hansısa dəlinin məqaləsi dərc edilib və burada 1968-ci ildə Sovet ordusunun Çexoslovakiyanı işğal etməsinin ona uğur gətirdiyi bildirilib. Bu bəyanat bütün çex xalqına təhdiddir”.

Zeman daha sonra Medvedyevə məqalənin surətini təqdim edib və bunun xoş olmayan hədiyyə olduğunu bildirib. Çex lider həmçinin bu məqalə ucbatından Rusiya səfərini yarımçıq kəsmək təklifi aldığını da söyləyib.

Medvedyev isə öz növbəsində çex lideri sakitləşdirməyə cəhd edib. Rusiya baş naziri “Zvezda”nın məqaləsinin Moskvanın rəsmi mövqeyi olmadığını dilə gətirib.

Qeyd edək ki, “Zvezda” 21 noyabrda Sovet ordusunun Çexoslovakiyaya 1968-ci ildəki hərbi müdaxiləsini tərəfləyən məqalə dərc edib. Lakin tezliklə bu məqalə saytdan silinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.