Radanın deputatı əsa ilə Saakaşvilinin üstünə yeridi

23-11-2017, 16:54           
Radanın deputatı əsa ilə Saakaşvilinin üstünə yeridi
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili və Ali Radanın deputatı İqor Mosiyçuk arasında televiziya proqramı zamanı münaqişə yaranıb.

Oxu.az-ın məlumatına əsasən, hadisə proqram iştirakçıları Stepan Banderin Ukraynadakı rolunu müzakirə edən zaman baş verib.

Əvvəlcə Mosiyçuk Saakaşvilidən Banderi dəstəkləyib-dəstəkləmədiyini soruşub. Odessanın sabiq qubernatoru isə cavabında “Mən Ukraynanı dəstəkləyirəm” deyib.

Sonra Saakaşvili əlavə edib edib ki, Stepan Bander sağ olsaydı, rüşvət alanları məhv edərdi. Onun bu sözləri opponentini özündən çıxardıb və o, “Yeni qüvvələr hərəkatı” partiyasının liderinin üzərinə əsa ilə gedib. Lakin aparıcı Mosiyçukun qabağını kəsərək hücumun qarşısını alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.