ABŞ-da təcavüz qalmaqalı: həkim 7 qadını zorlayıb - VİDEO

23-11-2017, 17:08           
ABŞ-da təcavüz qalmaqalı: həkim 7 qadını zorlayıb - VİDEO
Son günlərdə ABŞ-da cinsi təcavüz iddialarının ardı-arası kəsilmir. Film aktyorları və media işçilərindən sonra sıra idman sahəsinə də çatıb.
ABŞ-ın gimnastika üzrə yığmasının həkimi Lari Nasarın etirafları hər kəsi şokda salıb.

Musavat.com xəbər verir ki, Lari 7 qadının onun tərəfindən cinsi təcavüzə məruz qaldığını etiraf edib. Təcavüz etdiyi qadınlar arasında 13 yaşdan aşağı 3 qız da var.

Gimnastika üzrə ABŞ yığmasının həkimi Lari Nasar məhkəmədə 7 qıza təcavüz etdiyini etiraf edib. ABŞ-ın Miçiqan əyalətində məhkəməsi keçirilən 54 yaşlı həkim təcavüzləri 1998-2015-ci illər arasında həyata keçirdiyini deyib.

O, 7 yeniyetmə qıza tibbi müayinə sırasında təcavüz etdiyini qəbul edib. Məhkəmədə Larinin 40 ilə yaxın həbs cəzası alacağı da bildirilib.

Larini təcavüzdə ittiham edən qadın idmançılar arasında ABŞ-ın məşhur gimnastları Qabbi Duqlas, MakKeyla Maroni və Ali Raysman da var.
Zorlandığını iddia edən qadın idmançılardan Ali Raysman ötən həftə həkim tərəfindən necə zorlandığını da danışmışdı.


Televiziya kanallarından birində çıxış edən 23 yaşlı idmançı “Buna görə xəcalət çəkirəm” deyib. O, bunadək həkimlə bağlı etiraflar edən 4 həmkarı ilə eyni aqibəti yaşadığını gizlətməyib.


Belə ki, Nassar ona bütün dünyada sekslə müalicənin geniş yayıldığını bildirərək, yataq otağına aparıb və zorlayıb. Hətta təyyarə ilə uçuş zamanı da gimnast həkimin təcavüzü ilə üzləşib. O, gimnasta yarışa belə hazırlığın faydalı olduğunu da bildirib.


Əlavə olaraq bildirək ki, statistika göstəricilərinə əsasən ABŞ-da hər 90 saniyədə bir dəfə təcavüz hadisəsi yaşanır. Hər 6 qadından biri, hər il təcavüzə uğrayır. Ümumilikdə hər il isə 1 milyon 270 mindən çox qadın təcavüzə məruz qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.