Putin Ərdoğanın oturduğu stolu yerə atdı

23-11-2017, 19:35           
Putin Ərdoğanın oturduğu stolu yerə atdı
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın oturduğu stolu yerə atıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Videogörüntülərdən məlum olur ki, hadisə Putin, Ərdoğan, və İran prezidenti Həsən Ruhaninin Soçidə üçtərəfli görüşünə dair keçirdiyi mətbuat konfransı yekunlaşarkən baş verib.

Rusiya lideri ondan solda yerləşən Ərdoğana yaxınlaşıb, əlini sıxıb və eyni zamanda Türkiyə liderinin rahat formada ayağa durması üçün stolu kənara atıb.

Türkiyə telekanalının yayımladığı kadrlarda yerə düşən stola bir neçə nəfərin yaxınlaşdığı görünür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru