İran hərbi gəmilərini Meksika körfəzinə göndərəcək

24-11-2017, 08:58           
İran hərbi gəmilərini Meksika körfəzinə göndərəcək
İran yaxın zamanda hərbi gəmiləri Meksika körfəzinə göndərəcək. APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin yeni komandanı kontr-admiral Hüseyn Xanzadə bildirib.

Yeni vəzifədə ilk mətbuat konfransı keçirən H.Xanzadə qeyd edib ki, İran gəmiləri Cənubi Amerikanın bir neçə ölkəsinə səfər edəcək, daha sonra isə “Meksika körfəzində İran bayrağını qaldıracaqlar”.

H.Xanzadə ABŞ barədə heç nə deməsə də, bəzi Qərb KİV-ləri İran gəmilərinin ABŞ sahillərinə doğru yollanacağını iddia ediblər.

Hərbi Dəniz Qüvvələrinin yeni komandanı həmçinin əlavə edib ki, İran istehsalı olan “Sipər” keşikçi raket gəmisi yaxın günlərdə ölkənin Xəzər donanmasının tərkibinə qatılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru