İŞİD terrorçusu ilə evlənən ingilis qadın: İŞİD-dən necə boşandım? — VİDEO
28-11-2017, 16:35
İngilis qadın Tanya Georgelas əri ilə birlikdə Suriyaya gedərək İŞİD-ə qoşulub. "Ölkə.Az" xəbər verir ki, Tanya eyni zamanda "İŞİD-in First Lady"si olaraq tanınırdı. Qadın baş verənləri "BBC" müxbirinə danışıb.
Qadın 2013-cü ildə Suriyaya köçüb. O, əri Jon ilə birlikdə İŞİD-in terror əsdirdiyi torpaqlarda yaşamağa başlayıb: "Hər gecə silah səsləri eşidirdim və ailəm dağılmağa başlamışdı. Ərimi Suriyada tərk edərək Türkiyəyə, oradan da İngiltərəyə qayıtdım". Əri ilə sonuncu dəfə bir il əvvəl mesajlaşdığını bildirən Tanya hazırda İŞİD-dən qopan insanlara yardım etməyə çalışır.