Səudiyyə Ərəbistanından İrana ŞOK İTTİHAM
28-11-2017, 16:53

Səudiyyə Ərəbistanı Şura Məclisinin sədr müavini Məhəmməd bin Əmin Al-Jeffery, İranı hər il terrorçuları və terroru dəstəkləmək üçün 30 milyard dollar xərcləməkdə ittiham edib.
Romada keçirilən NATO Parlament Assambleyasının Aralıq dənizi və Orta Şərq Xüsusi Qrupu ilə (GSM) Transatlantik Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsinin birgə təşkil etdiyi ortaq toplantıda iştirak etmək üçün İtaliyada olan Al-Jeffery, İranın bölgədə bəzi ölkələrdəki xaosu artırmaq üçün bütün imkanlarından istifadə etdiyini irəli sürüb.
Səudiyyə Ərəbistanının İngilis dilində nəşr edilən “Arabnews” qəzetinin bugünkü nəşrində manşetdənverdiyi xəbərdə Al-Jeffery, İranın bundan başqa "Ərəb ölkələrinin daxili işlərinə qarışdığını, silahlı qruplar ilə terroru dəstəkləməsinin uzun bir tarixi olduğunu" da söyləyib.
Al-Jeffery, ölkəsinin heç bir zaman İran xalqına qarşı düşmənçilik əhval-ruhiyyəsində olmadığını deməklə bərabər, İranın Yəməndəki Husi döyüşçülərini dəstəklədiklərini və onlara ballistik raketlər verdiyini dilə gətirib və bu balistik raketlərdən keçən ay ər-Riyada qarşı təcavüz həyata keçirildiyini irəli sürüb.
Beynəlxalq ictimaiyyətin İŞİD-ə qarşı zəfər əldə edilməsi ilə sevindiklərini, ancaq İranın beynəlxalq təhdid halına gəldiyini də unutmamağı tövsiyə edib. Al-Jeffery, Səudiyyə Ərəbistanının Yəmənə humanitar yardım da çatdırdığını deyib.