Allen Uelş Dallesin bu gün də aktual olan doktrinası

13-08-2015, 21:51           
Allen Uelş Dallesin bu gün də aktual olan doktrinası
teref.az- Allen Uelş Dalles (англ. Allen Welsh Dulles), (7aprel 1893 UotertaunŞ Nyu York - 29 yanvar 1969 Vaşinqton) — amerika diplomatı və kəşfiyyatçısı,Strateji Xidmət İdarəsinin İkinci Dünya müharibəsi millərində Berndə (Şvesariya) rezidenturasının rəhbəri, MKİ-nin direktoru (1953- 1961)
1945-60 cı illərdə işlənib hazırlanmış plan.
Bu insanın işləyib hazırladığı və hələ indiyə qədər keçmiş sovetlər ölkələrinə tətbiq edilən planını oxuyanda təkcə Azərbaycanın deyil bir çox keçmiş sovetlər respublikalarındakı baş verən hadisələri anlamağa başlayırsan.o sövetlər ölkəsinin dağıdılması və dağılandan sonra yaranacaq ölkələri əsarətdə saxlamaq üçün xüsusi plan işləyib hazırlamışdı.indiyə qədər Azərbaycannan bərabər keçmiş sovetlər respublikalarında bu plandan istifadə edirlər.bu planın bəzi maddaləri haqda burada yazacağam.və sizlər bu maddalərin hansılarının bizim ölkəmizdə tətbiq edilməsini özünüz görəcəksiniz.Mən yazdığım maddələrin hamısının Azərbaycanda tətbiqini görürəm.
1.-əsarətə götürələcək dövlətin xalq kütlələrinə informasiyanın çatdırılması-bütün tv-kanallarda 90 faiz musiqi verlişləri, 9 faiz həqiqi xəbərlər, 1 faiz isə yalan xəbərlər verilmelidir.1 faiz yalan 90 faiz musiqi ilə birləşib, yerdə qalan 9 faiz həqiqi xəbərləri heçə endirəcək
2-Xalqın mübarizə ruhunu məhf etmək üçün ,onun tarixini dəyişdirmək və xalqın qəhrəmanlarını gülünc vəziyyətdə tədqim etmək lazımdı.bunun üçün həmin xalqın arasında pula satılan insanlardan istifadə etmək məsləhətdi.onların əli ilə həmin xalqın tarixini dəyişdirib, xalqın tarixi şəxsiyyətlərini xalqın gözündə bir düşmən kimi tədqim etmək lazımdlr.bunun üçün dini zəmin daha əlverişlidir.
3-pul və vəzifə hesabına bizə qulluq edən insanları tapıb irəli çəkmk lazımdı.
4.-seks, narkomaniya, zülm ,vəhşilik səhnələri olan əsərlər və filmlərin çəkilməsinə maliyyə vəsaiti ayırmaq.gənc nəsli məhz bu üsulda tərbiyə etmək.
5-ölkənin təhsil sisteminin tamamilə məhf etmək.savadsız kütləni idarə etmək daha asandı.təhsizliyi təbliğ edən, təhsil sistemlərinə xüsusi qrantlar ayırmaq.(soros fondunun bizim xalqa sırıdığı təhsil sistemi buna misaldı)
6-ölkənin idarə edilməsində qarışıqlıq yaratmaq lazımdı.ölkənin idarəsinə xalqını sevən təmiz vicdanlı insanların buraxılması yolverilməzdi.rüşvətxorluq, korrupsiya tədqir edilməlidir.elə şərait yaradılmalıdır ki, korrupsiya nəticəsində dövlətin soyulduğu vəsait məhz amerikanın nəzarət etdiyi banklarda yerləşdirilsin.bu həm rüşvətxor məmurlara və ölkə rəhbərliyinə bizim nəzarətimizi gücləndirər ,həmdə ölkə rəhbərliyi bizə lazım olmayanda onu devirib yerinə isə yaratdığımız və bizlərin maliyyəsi hesabına mövcud olan müxalifəti gətirilməsi asan başa gəlsin .bu zaman bizim banklarda olan həmin ölkədən oğurlanmış vəsaiti tam müsadirə edə bilərik.(bu cür üsuldan Liviyadan, Misirdə, İraqda ,Yuqoslaviyada və s.ölkələrdə artıq istifadə edilib.)ölkədə elə idarə üsulu yaradılmalıdır ki ,məmurların kimlərə xidmət edilməsi bilinməsin.yəni məmurlar ölkə rəhbərindən çox bizlərə xidmət etsin.lazım gələndə bu məmurlar vasitəsilə ölkə rəhbərliyinə təzyiqlər edilə bilsin.
7-ölkənin ərazisində yaradılmış şirkətlərdə təmiz və halallıq prinsiplərini gülünc vəziyyətdə tədqim etmək və işə qəbul olunan gəncləri satqınlıq xislətində tərbiyə etmək.
8-Gəncləri dindən uzaqlaşdırmaq.əgər bu çətindirsə, onlar arasında dini məhzəb davasını qızışdırmaq.
9-Yalan inkişaf müasirləşmə ideyaları ilə xalqın milli mənəvi dəyərlərini məhf edib ,gənclərin gözündə bu milli dəyərləri gülünc geriqalma fikirlər kimi tədqim etmək.
10-İnsanları siyasətdən uzaqlaşdırıb ,onların fikirlərini idman yarışlarına ,musiqi festivallarına və siyasətdən uzaq hər bir ikinci dərəcəli əyləncələrə yönəltmək lazımdı.
11-Bütün informasiya vasitələrini nəzarətə götürmək
12-Xalqını sevən və onun azadlığı üçün çalışan liderləri gülünc vəziyyətdə xalqa tədqim etmək.hər vasitə ilə bu liderləri gözdən salmaq.Gülünc vəziyyətdə tədqim edilən liderlərə xalq qulaq asmayacaq.lazım gələndə bu liderlərin birləşməməsinə yol verməmək və bir- biri savaşdırmaq.
13-bəzi insanlar bizim etdiyimizdən xəbər tutub etiraz etsələr, onları hər vasitə ilə sıxışdırmaq lazımdı.elə etmək lazımdır ki, onların adlanrından ibarət siyahılar tutulsun və bütün şirkətlərə xəbər edilsin ,onları heç bir yerdə işə götürməsinlər .onları kasıblığın ən aşağı həddinə çatdırmaq lazımdı.onlar həqiqəti deyəndə, heç kəs onların sözlərinə qulaq asmasınlar.kim həyatda özünə yer tuta bilməyən insanlara qulaq asar? bu cür insanlar isə ancaq özlərinə gündəlik çörək pulu tapmaqnan məşğul olacaqlar.
14-spirtli işki ,narkotika, seksə geniş yer verməli.az cinslilər haqda təbliğatı genişləndirmək və hər vasitə ilə onları dəstəkləmək.
15-əgər xalq birləşməyə cəhd etmək istəsə, onlar arasında dini məhzəb və bu ölkədə yaşayan xalqlar arasında qarşıdurma yaratmaq.bunun üçün həmin dövlətin ərazisində tanınmış insanları hər vasitə ilə öz tərəfimizə çəkmək lazımdı.
Elşən Cəfərli
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.