Lavrov Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərlərinə nə deyib?

19-09-2024, 17:04           
Lavrov Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərlərinə nə deyib?
Görüşdə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Beynəlxalq Xəzər gününə həsr olunmuş ənənəvi illik görüşü keçirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi müzakirə edilib.
Həmçinin, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru