Azərbaycanlılar Rusiyada qanunsuz miqrantlar siyahısında ilk beşlikdədir

19-09-2024, 17:17           
Azərbaycanlılar Rusiyada qanunsuz miqrantlar siyahısında ilk beşlikdədir
Rusiya Daxili İşlər Nazirliyi ölkədə olan qanunsuz miqrantların sayını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy ölkə ərazisində 739 min nəfər qanunsuz miqrantın olduğunu söyləyib.

"Hazırda ölkəmizdə 6 milyon 174 min xarici vətəndaşlığı olan şəxs var. Rusiyada yaşayan xarici vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir. Mən onların adlarını azalan ardıcıllıqla çəkirəm, lakin ümumilikdə onların sayı 5,5 milyon nəfərdir. Bu saya ölkəmizdə yaşama məqsədi və müddətindən asılı olmayaraq bütün kateqoriyadan olan əcnəbilər, o cümlədən qanunsuz olaraq burada olanlar daxildir.

Əgər qeyri-leqal mühacirlərdən danışırıqsa, onların arasında əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Ümumilikdə, onları sayı təxminən 739 min nəfər və ya təxminən 9% təşkil edir", deyə rusiyalı nazir müavini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru