İran Prezidenti Məsud Pezeşkian Rusiya ilə vacib sənəd imzalayacaq

19-09-2024, 16:34           
İran Prezidenti Məsud Pezeşkian Rusiya ilə vacib sənəd imzalayacaq
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığına dair saziş imzalamaq niyyətindədir.

"Tasnim" agentliyinin xəbərinə görə, bu barədə İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd məlumat verib.

"İran və Rusiya strateji əməkdaşlıq yolunda irəliləyirlər və cənab Pezeşkianın Rusiyaya qarşıdakı səfəri zamanı biz strateji tərəfdaşlıq sazişinin imzalanmasını görəcəyik", - deyə Zəhravənd bildirib.

Xatırladaq ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, Rusiya ilə tərəfdaşlıq İran üçün dünya təhlükəsizliyinin qarantıdır, ABŞ isə, əksinə, bu sahədə öz təsirini itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru