“Deyirlər ki, şikayət edən olsa, həbs olunacaq” – SABİRABAD SAKİNLƏRİ AĞACLARIN MƏHVİNƏ ETİRAZ EDİR / VİDEO

19-09-2024, 10:16           
“Deyirlər ki, şikayət edən olsa, həbs olunacaq” –
Sabirabad rayonu, Yaxa Dəllək kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Adlarımızı deməkdən çəkinirik, çünki “şikayət edən olsa, həbs olunacaq”, - deyirlər. Meşə ərazisi gözümüzün qarşısında məhv edilir. Yaşıllığın ərazisini artırmaq üçün yeni ağaclar əkilmişdi. Lakin Mirəşrəf adında şəxs ağaclara qənim kəsilərək, hamısını dibindən çıxartdırıb məhv etdi. Həmin ağacların yerində yonca əkdi. İndi də suyun gəlməsi üçün kanal yerlərini yandırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sanki bu məsələdən xəbər tutmamış kimi, heç bir reaksiya vermir.

Biz sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirik ki, məsələyə diqqətli yanaşsınlar. Meşə ərazisində ağaclar kəsilib, yonca əkilir. Yoncanı sulamağa su var, amma meşədə olan digər ağaclar isə quruyub məhv olur. Mirəşrəf adlı bu şəxs ağaclara qənim kəsilərək, meşə ərazisində yonca əkir. Yeni əkilmiş ağacları məhv edir”.

Redaksiyamıza daxil olan video-müraciətləri olduğu kimi oxuculara təqdim edirik:

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.