Dağıstan parlamentinin sədri Xızrı Şıxseyidov vəzifəsindən istefa verib.
Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, Şıxseyidovun istefasına səbəb bir müddət öncə Buynaksk rayonunun rəhbəri olan oğlu Daniyal Şıxseyidovun həbs edilməsidir.
Dağıstan Prezidenti Ramazan Abdulatipovun Şıxseyidovun yerinə deputat Sapiyulla Karaçayevi gətirəcəyi bildirilir. Karaçayev kriminal aləmdə “Sapoq” ləqəbi ilə tanınır.
Daniyal Şıxseyidov bir müddət öncə 14 milyon rubl dövlət vəsaitinin mənimsənilməsinə görə həbs edilmişdi.
Karaçayevlər Dağıstanda kifayət məşhur nəsildən hesab edilir. Belə ki, 1995-ci ildə Karaçayevlərin adı Moskvadan olan biznesmenin şantaj edilməsində hallanmışdı. Hüquq mühafizə orqanları həmin vaxt Sapiyulla Karaçayevi həbs etməyə çalışsa da, Abdulatipovun işə müdaxiləsi bu həbsin qarşını almışdı.