ABŞ-ın Panamadakı səfiri Trampa görə vəzifəsini tərk edir

13-01-2018, 00:07           
ABŞ-ın Panamadakı səfiri Trampa görə vəzifəsini tərk edir
ABŞ-ın Panamadakı səfiri Con Fili ABŞ prezidenti və onun administrasiyasına daha “sədaqətlə xidmət” etməyin mümkün olmadığı üçün vəzifəsini tərk etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, müvafiq məktubu ABŞ Dövlət Departamentinə göndərib.

“Diplomatik xidmətin kiçik əməkdaşı olanda mən prezident və onun administrasiyasına sədaqətlə xidmət edəcəyimə and içmişəm, hətta onun siyasətinin bəzi məqamları ilə razı olmasam belə. Təlimatlar mənə açıq şəkildə bildirir ki, əgər bunu edə bilmirəmsə, o zaman istefaya getmək şərəfinə layiq görülməliyəm. Bu vaxt gəldi”, – deyə o məktubunda bildirib.

Dövlət Departamentində isə bildiriblər ki, səfirin qərarı barədə Ağ Ev, Dövlət Departamenti və Panama hökuməti məlumatlandırıb və o, martın 9-dan şəxsi məsələlərə görə vəzifəsini tərk edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru