“General Motors” sükansız və pedalsız avtomobili nümayiş etdirib - VİDEO

13-01-2018, 09:05           
“General Motors” sükansız və pedalsız avtomobili nümayiş etdirib - VİDEO
Amerikanın “General Motors” konserni ilk dəfə xarici idarəetmə orqanlarına malik olmayan, yeni, tamamilə özünü idarə edən avtomobilin prototipinin interyerini göstərən videoçarxı nümayiş etdirib.

“Report” xəbər verir ki, bu barədə “Autonews” nəşri yazıb.

Məlumata görə, avtomobilin rəsmi premyerası Detroytda, yanvarın 15-də açılacaq avtosalonda olacaq. “Chevrolet Bolt”un elektrik avtomobili əsasında qurulmuş konsept “LiDAR” optik məsafəölçənləri, həmçinin ərazidə istiqamət almağa kömək edən 21 radar və 16 videokamera ilə komplektləşdirilib.

Sükan idarəetməsinin, sürətləndiricinin və əyləc sisteminin işini tamamilə elektronika - dördüncü nəsil pilotsuz təyyarələr üçün xüsusi olaraq hazırlanmış proqram təminatı həyata keçirir.

Bu avtomobillərin silsilə buraxılışına 2019-cu ildə başlanacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru