"Bezikmiş" rusiyalı qaçırdığı zirehli maşını mağazaya çırpır

13-01-2018, 22:15           

Rusiyanın şimalındakı Apatit şəhəri sakininin sürücülük məktəbindən qaçırdığı zirehli maşın qəza nəticəsində yerli mağazalardan birinə çırpılıb.

Bu barədə yerli Hibinform.ru saytı xəbər verir.

Məlumata görə hadisə baş verərkən özünü itirməyən sürücü mağazadakı spirtli içkilərdən birini qoltuğuna vuraraq qəza yerini tərk edib.

"Elə həmin şüşə əlində olarkən onu polis saxlayıb", xəbərdə deyilir.

Saxlanılmış şəxs barədə məlumat qıtdır.

Vesti televiziya kanalı bildirir ki, "bezikmiş" şəxs DOSAAF təşkilatından (Müdafiə və milli təhlükəsizliyin möhkəmlənməsini dəstəkləyən ictimai qurum) qaçırdığı zirehli maşınla həmçinin mağaza yaxınlığındakı duran ən azı bir avtomobili də zədələyib.

Rusiyanın şimalındakı bölgənin polis idarəsi şübhəliyə qarşı cinayət işinin açılması barədə qərarı nəzərdən keçirir.
BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru