Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayevin ifadəsinin tam mətni açıqlanıb.
ANS-in məlumatına görə, Dadayevin ifadəsində deyilir:
"Nemtsov rəfiqəsi ilə körpüdə gedirdilər. Mən sürətli addımla onlara yaxınlaşdım, onların arxasınca getdim. Yolda heç kəs yox idi, bu qətli törətmək üçün əla vaxt idi. Nemtsov sağda gedirdi, qız isə solda və onun əlini tutmuşdu.
Onlara 10 metr qalmış mən tapançanı çıxardım. Bundan sonra tapançanı sol əlimə dəyişdirdim, çünki solaxayam. Sağ əlimə telefon götürdüm. Beş metr qalmış Nemtsovun kürəyinə üç atəş açdım. Birinci atəşdə mən telefonla Bislana (Şavanov) yaxınlaşmaq siqnalı verdim. Eyni zamanda yanımdan keçən böyük narıncı maşını qeyd etdim.
Nemtsov yıxıldı və özü ilə arxasınca qızı çəkdi. Ancaq sonra mən gördüm ki, o sağdır və qalxmağa çalışır. Nəticədə daha 2-3 atəş açdım".
Xatırladaq ki, daha əvvəl Dadayev onu döyərək boynuna qoyulduğunu bildirmişdi.