Ukraynada güclü yanğın - Ana və 2 uşağı öldü

14-01-2018, 23:19           

Ukraynanın Xarkov vilayətində şəxsi evdə baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

Publika.az xəbər verir ki, yanğın dəhlizi, otaq və mətbəxi tam əhatə edib. Nəticədə 42 yaşlı ana və 5 yaşında olan oğlan və qız dünyasını dəyişib. Onların tüstüdən boğulduğu ehtimal edilir.

Yanğının söndürülməsində 2 yanğınsöndürən maşın və 9 nəfər şəxsi heyət iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.