Britaniya ABŞ-a qarşı: Türkiyə ilə yaxınlaşma...

15-01-2018, 10:09           

Son iki yüz ilin ən yaxın iki müttəfiqi – ABŞ və Böyük Britaniya münasibətlərinin son zamanlar heç də yaxşı olmaması müşahidə edilir. Hər məsələdə ABŞ-ın yanında olan İngiltərə Fələstin məsələsində müttəfiqini tək buraxdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli qeyd edib. O bildirib ki, BBC-nin ABŞ-ın İŞİD-ə silah verdiyi barədə reportaj hazırlaması təsadüfi sayıla bilməz:

"Böyük Britaniyanın kraliçası baş nazirinin vasitəsilə ilk dəfə ABŞ prezidentini ölkəsinə dəvət edir, ancaq buna rəğmən, ABŞ prezidenti bəhanə edib bu dəvəti qəbul etmir. İngiltərə daha keçmiş müstəmləkəsi Amerikanın dediyi ilə oturub-durmaq istəmir. Müdrik inqilis siyasəti birqütblü, qloballaşan dünyanın sona çatdığını, iflasa uğradığını görməkdədir. Belə olmasaydı, Avropa Birliyindən çıxmazdılar”.

Politoloqun sözlərinə görə, artıq Böyük Britaniya Amerikadan fərqli xarici siyasət aparır:

"ABŞ və Avropa Birliyindən fərqli olaraq, Böyük Britaniyada anti-Türkiyə isteriyası o qədərdə sezilmir, əksinə, İnqiltərə-Türkiyə əlaqələrinin genişlənməsini görürük. ABŞ və Avropa Birliyindən fərqli olaraq, Böyük Britaniya PKK-YPG-PYD terrorçuları ilə məsafə saxlayır. Yaxın gələcəkdə dünya və reqionda ingilis-türk strateji müttəfiqliyinin daha da genişlənməsini müşahidə edəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.