İsrail hərbçiləri bir fələstinlini güllələyərək öldürüb,digəri başından yaralanıb

16-01-2018, 01:38           

İordan çayının Qərb Sahilində İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli ölüb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fələstin torpaqlarında etiraz dalğası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına cavab olaraq başlayıb və artıq bir aydan çoxdur ki, davam edir.

"24 yaşlı gənc fələstinli Kalkinyi şəhəri ərazisində İsrail hərbçiləri ilə toqquşmalar zamanı güllələnib", — deyə nazirliyin məlumatında bildirilir.

Daha bir fələstinli başından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həyatı təhlükədədir/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru