Kolumbiyada uçurumun üzərində tikilməkdə olan körpü uçub, 9 nəfər ölüb - VİDEO/FOTO

16-01-2018, 08:21           
Kolumbiyada uçurumun üzərində tikilməkdə olan körpü uçub, 9 nəfər ölüb - VİDEO/FOTO
Kolumbiyada körpünün uçması nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa Latina" nəşri məlumat yayıb.

Bildirilir ki, faciə bazar ertəsi Kundinamarka və Meta departamentlərinin sərhədində baş verib. Ölənlərin hamısı işçilər olub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində iki fəhlə itkin düşüb.

Dağılan körpü paytaxt Boqota ilə Villavisensio şəhərlərini birləşdirməli idi. Qəza zamanı körpünün üzərində 40-a yaxın işçi olub. Hadisə uçurumun 280 metr hündürlüyündə baş verib.

Hazırda hadisə yerində digər işçilərin axtarışı davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.
[media=https://www.youtube.com/watch?v=vzVyRDSSZCQ]















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru