Belçikada binada partlayış baş verib: 14 yaralı (YENİLƏNİB)

16-01-2018, 08:29           

Belçikanın Antverpen şəhərində binada baş verən partlayış nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "İlkin məlumatlara görə, 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır".

Bildirilir ki, xilasedicilər dağıntılar altından 4 nəfəri xilas ediblər, dağıntılar altında daha 3 nəfər qala bilər.

XXX

03:16

Belçikanın Antverpen şəhərində binada partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Bundan əlavə partlayış baş verən bina uçub, yaxınlıqdakı iki bina isə zərər görüb.

"RTBF" telekanalının məlumatına əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru