Rusiyada atom elektrik stansiyasında transformator yandı

18-02-2018, 16:50           
Rusiyada atom elektrik stansiyasında transformator yandı
Bu gün Rusiyada atom elektrik stansiyasında transformator yanıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Kursk AES-də transformatorda baş verən yanğın artıq söndürülüb.

Rusiya Enerji Nazirliyi radiasiya təhlükəsinin və xəsarət alanların olmadığın açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, bu gün yerli vaxtla saat 06.53 radələrində transformatorda baş verən yanğınla əlaqədar 4 saylı enerji blokunun fəaliyyəti dayandırılıb. AES-in gücü 1 min MVt enib. Kursk AES-də təmir-bərpa işləri aparılır.

Yanğın baş verən transformator enerji blokunun binasından kənarda yerləşib. Transformator istisna ilə, enerji blokunun bütün avadanlıqları işlək vəziyyətdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru