Alman siyasətçi türkləri təhqir etdi: Bu dəvə çobanları …

18-02-2018, 22:41           

Almaniya üçün Alternativ (Afd) Partiyasının Sachsen-Anhalts əyaləti başqanı André Poggenburg Almaniyada yaşayan türkləri təhqir edib. AzEuroNews.com xəbər verir ki, bu barədə alman panorama-news.de saytı məlumat yayıb. Məlumatda deyilir ki, A. Poggenburg partiyasının Nentmannsdorf şəhərində keçirdiyi karnavalda çıxış edib. O, çıxışı zamanı Almaniyada olan türkləri çox ağır ifadələrlə təhqir edib.

“Bu dəvə çobanları olan türklər aid olduqları yerə qayıtmalıdır. Vətənsiz, sərsəri və qürursuz türkləri Almaniyada istəmirik” deyə A. Poggenburg bildirib.


Almaniya prezdienti Frank-Valter Ştaynmayer
Poggenburgun sözlərinə ilk reaksiya Almaniya prezdienti Frank-Valter Ştaynmayerdən gəlib. O, bildirib ki, bəzi siyasətçilər səviyyəsizliyi, mərhəmətsizliyi və nifrəti özləri üçün siyasət ediblər.

Məlumata görə, A. Poggenburgun türkləri təhqir etməsi Dresden Şəhər Prokurorluğu tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru