Meksikada fövqəladə vəziyyət rejimi tətbiq edilib

19-02-2018, 09:30           

Fevralın 16-da baş vermiş güclü zəlzələ ilə əlaqədar Meksikanın Oaxaka ştatının 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 5 minədək hərbçi, hərbi təyyarə və helikopterlər göndərilib.



Ötən cümə günü Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. Zəlzələ nəticəsində yüzlərlə tikiliyə ziyan dəyib. Zəlzələdən sonra bölgədə 1500 dən çox təkrar yeraltı təkan qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru