Belarusdan Donbas həmləsi: Müdaxilə seçimi...

19-02-2018, 09:51           
Belarusdan Donbas həmləsi: Müdaxilə seçimi...
Minsk Belarus sülhməramlılarının Donbasdakı münaqişə zonasında yerləşdirilməsini müzakirə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Xarici İşlər naziri Vladimir Makey deyib.

O deyib ki, bu məsələ ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə müzakirə olunub:

“Biz görüşlə bağlı müraciət ünvanlamışdıq və cənab Volker ilə görüşməyə müvəffəq olduq. Əgər bu münaqişəyə cəlb edilən hər bir dövlət üçün məqbul olsa, biz istənilən variantda burada iştirak edə bilərik”.

Nazir onu da əlavə edib ki, Ukraynanın şərqindəki konfliktin həlli üçün Moskva ilə Kiyev kompromisə getməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru