Rusiya ölümcül raketlər hazırlayıb

19-02-2018, 16:55           
Rusiya ölümcül raketlər hazırlayıb
Rusiya Avropa Təhlükəsizliyinin əsasını təşkil edən orta və uzaq mənzilli raketlər haqqında müqavilənin şərtlərini kobud sürətdə pozur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Moskva ilə Brüssel arasındakı gərginlik yeni silah yarışına səbəb olacaq. NATO Baş katibi Moskvadan qaynaqlanan bir neçə təhlükəni də sadalayıb.

“Öz nüvə qüvvələrini modernləşdirməklə və nüvə qüvvələrinin təlimini keçirməklə Rusiya Avropada yeni nüvə yarışının başlanmasına bəhanə verir”.

Stoltenberq Moskvanın hazırladığı yeni orta mənzilli raketlərin “qoca qitə” üçün ciddi təhlükə olduğunu xatırladıb.

“NATO-nun bütün partnyorları həyəcan içindədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru