Döyüş robotlarından istifadə ediləcək? - 22 ölkə qərar verdi

21-02-2018, 08:05           
Döyüş robotlarından istifadə ediləcək? - 22 ölkə qərar verdi
Son illərin ən çox müzakirə edilən mövzularından biri ordularda avtonom silahlardan istifadə mövzusudur.

teref.az yazır ki, Münhen Təhlükəsizlik Konfransında döyüş robotları müzakirə edilib.

Almaniya Kibercinayət və İnformasiya Komandandirliyinin general-leytenantı Ludwig Leinhos müharibələrdə avtonom sistemlər hazırlamağı və istifadə etməyi planlaşdırmadıqlarını açıqlayıb.

Onun sözlərinə görə, robotların döyüş məqsədləri üçün istifadə edilməyəcək.

Qeyd edək ki, məsələ ilə bağlı ölkələr arasında fikir ayırlığı var. Belə ki, bəzi dövlətlər orduda döyüş robotlarından istifadəni dəstəkləyir.

Müharibə silahları üzrə mütəxəssis Marcell Dickow da iddia edir ki, hazırda bütün ordular robotlar haqda düşünür.

Onu da bildirək ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) robotların hərbi məqsədlərlə istifadəsinə qarşı Campaing to Stop Killer Robots, Future of Life Institute kimi təşkilatlar lobbiçilik edir.

Bugünə qədər 22 ölkə avtonom silah istifadə etməyəcəyini bəyan edib. Məsələ ilə hələlik Birləşmiş Millətlər Təşkilatı rəsmi münasibət bildirməyib./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru