Almaniya himni cinsi ayrıseçkiliyə görə dəyişdirilir

5-03-2018, 23:10           

Almaniya Dövlət Himninin sözlərində gender bərabərliyinin pozulması və bu səbəbdən bəzi hissələrinin dəyişdirilməsi ilə bağlı təklif edilib.

Oxu.Az xəbər verir ki, bu haqda təklifi Federal Ailə Məsələləri Nazirliyinin Bərabər İmkanlar komissarı Kristin Rouz Möhrinq irəli sürüb.

O bildirib ki, himnin sözlərinin bəzi hissələrində cinsi ayrıseçkilik edilib və bu da gender bərabərliyini pozur:

“Himndə “Ana Vətən”dən bəhs edilmədiyi və yalnız “Ata Vətən” kəliməsindən istifadə olunması gender bərabərliyinin pozulmasıdır. Onun yerinə “Məmləkət Vətən” ifadəsi işlədilsin. Bundan əlavə, himndə “qardaşca əl və qəlb ilə” sözlərindəki “qardaşca” ifadəsində ancaq kişi qardaşlığından söhbət gedir. Təklif edirəm ki, bu sözlərin yerinə də “cəsurca, qəlblə əl-ələ” ifadəsi işlədilsin”.

Qeyd edək ki, Almaniya Dövlət Himninin sözləri 1841-ci ildə alman yazar Avqust Henrix Hofman fon Fallersleben tərəfindən yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru