Putin: "Rusiya ötən il silah ticarətindən 15 milyard dollardan çox qazanıb"

6-03-2018, 08:22           
Putin: "Rusiya ötən il silah ticarətindən 15 milyard dollardan çox qazanıb"
2017-ci ildə Rusiya xaricə 15 milyard dollardan çox müdafiə məhsulları ixra edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Putin Hərbi-Texniki Əməkdaşlıq üzrə Komissiyanın iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, ölkə bununla da növbəti dəfə sübut edib ki, dünyanın silah bazarında liderdir.

Prezident əlavə edib ki, ölkə hətta "sərt qeyri-rəqabətli şərtlər"lə artıq üçüncü ildir ixracı sabit şəkildə artırır.

Ötən il həmçinin 16 milyard dollarlıq bir neçə yeni müqavilələr də bağlanılıb. Bu, 2016-cı illə müqayisədə iki dəfə artıqdır. Rusiya silahı üçün sifarişlərin ümumi portfeli isə 45 milyard dollardır.

Xatırladaq ki, 2015-ci ildə müdafiə məhsullarının ixracı Rusiya büdcəsinəsinə 14,5 milyard dollar gəlir gətirib. 2016-ci ildə isə bu rəqəm 15 milyard dollardan çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru