Kim Çen In Cənubi Koreya nümayəndə heyətini qəbul edib

6-03-2018, 08:53           

KXDR lideri Kim Çen In Pxenyanda Cənubi Koreya nümayəndə heyətini qəbul edib.



APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR liderinə Cənubi Koreya prezidenti Mun Çje İnin məktubu çatdırılıb.



Söhbət zamanı Koreya yarımadasında gərginliyin yumşaldılması, iki ölkə arasında dialoqun, əlaqələrin və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Qeyd edək ki, Cənubi Koreyanın 10 nəfərdən ibarət yüksək rütbəli nümayəndə heyətinin Pxenyana ikigünlük səfəri martın 5-də başlayıb. Nümayəndə heyətinin tərkibinə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri və prezidentin milli təhlükəsizlik üzrə müşaviri daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru