PUTİN: “BORİS NEMTSOVUN QƏTLİ FACİƏVİ VƏ BİABIRÇI HALDIR”

16-04-2015, 16:32           
PUTİN: “BORİS NEMTSOVUN QƏTLİ FACİƏVİ VƏ BİABIRÇI HALDIR”
“Boris Nemtsovun qətli faciəvi və biabırçı haldır”.APA-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında Rusiya prezidenti Vladimir Putin müxalifətçi İrina Xakamadanın sualını cavablandırarkən deyib.Rusiya xüsusi xidmət orqanlarının Nemtsovun qatilinin axtarılıb-tapılması istiqamətində yaxşı işlədiyini deyən Putin qətlin icraçılarının kimliyinin bir gün sonra məlum olduğunu bildirib. Qətlin sifarişçilərinin olub-olmamasına gəldikdə isə Rusiya prezidenti qeyd edib ki, buna istintaq zamanı aydınlıq gətiriləcək.Putin onu da əlavə edib ki, Nemtsov ona qarşı qatı müxalif mövqedə dayansa da, aralarındakı münasibətlər xoş niyyətli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru