Rəis 20 000 dollar rüşvət alarkən tutuldu

28-08-2015, 12:27           
Rəis 20 000 dollar rüşvət alarkən tutuldu
Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.
Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.