Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
25-06-2025, 15:47
Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb. Bu barədə TASS mənbələrə istinadən yazır. Agentliyin məlumatına görə, Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində axtarışlar aparılır. Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır. Təranə Əzizova