“Facebook” ziyarətçilərinin sayı ilk dəfə gün ərzində bir milyard təşkil edib

28-08-2015, 15:00           
“Facebook” ziyarətçilərinin sayı ilk dəfə gün ərzində bir milyard təşkil edib
24 avqust tarixində “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı ilk dəfə bir milyard təşkil edib. Bu haqda avqustun 28-də sosial şəbəkənin qurucusu Mark Zukerberq öz səhifəsində yazıb.
“Bazar ertəsi planetin əhalisinin hər yeddi nəfərindən biri öz dostu və ailə üzvləri ilə əlaqə saxlamaq üçün “Facebook” sosial şəbəkəsindən istifadə edib” – deyə Zukerberq qeyd edib. O, həmçinin bütün “Facebook” istifadəçilərinə təşəkkür edib.
Onun sözlərinə görə, bu uğur bütün dünyanın birləşdirilməsi üzrə prosesin yalnız başlanğıcıdır.
2013-cü ilin avqustunda Mark Zukerberq “Internet.org” layihəsini işə salıb. Layihənin əsas məqsədi beş milyard insanın internetə ödənişsiz çıxışını təmin etməkdir. “Facebook” şirkəti tərəfdaşların () köməyi ilə elektron məlumatların ötürülmə səmərəliliyini artırmağı və internetə qoşulmanın dəyərini 100 dəfə azaltmağı planlaşdırır. ICTnews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.