600 min ukraynalı Rusiyanın xeyrinə Ukraynadan imtina etdi
28-08-2015, 15:21
Donbasdakı münaqişə bölgəsindən qaçan 600 min ukraynalı Rusiyada qalmağa qərar verib.
Avropa.info xəbər verir ki, bu haqda Rusiya Federal Miqrasiya Xidmətinin sədri Konstantin Romodanovski bildirib. Qaçqın düşənlərin hamısı Rusiyada yaşamaq imkanını sənədləşdiriblər. 114 min nəfər isə “Həmvətənlərin məskunlaşdırılması” dövlət proqramı üzrə Rusiya ərazisində müxtəlif şəhərlərdə yerləşiblər. Bu proqram qısa bir zamanda Rusiya vətəndaşlığı almaq imkanı yaradır.
Miqrasiya Xidmətinin hesablamasına görə, Ukrayna ərazisində 2,5 milyon nəfər Ukrayna vətəndaşı var. Ukrayna vətəndaşlarının bu ölkə ərazisində birdəfəlik qalma müddəti 90 günədək uzadılıb.