Sui-qəsd ÖLKƏNİ QARIŞDIRDI - Başından 4 güllə vurdular... - FOTO

16-03-2018, 09:23           

Braziliyada Rio de Janeyro Bələdiyyə məclisinin qadın üzvü və İnsan Haqları müdafiəçisi Marielle Franko sui-qəsd nəticəsində qətlə yetirilib.

Publika.az xəbər verir ki, Frankonun maşını silahlı hücuma məruz qalıb.

Polis orqanları sui-qəsd zamanı 38 yaşlı xanım Frankonun başına 4 güllə dəydiyini açıqlayıb. Eyni zamanda onun sürücüsü də sui-qəsdin qurbanı olub.

Yerli müdafiə naziri Raul Yunqmann sui-qəsdlə bağlı federal polisin də istintaqa kömək edəcəyini söyləyib.

Frankonun öldürülməsindən sonra Rioda minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirib.

Qeyd edək ki, ötən həftəsonu Franko sosial şəbəkə hesabı vasitəsi ilə şəhərdəki polis şiddətini qınamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru