Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün

16-03-2018, 09:33           
Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudin qızı şahzadə Hassa Bint Salman Parisdə qaldığı evdə çalışan işçini döydürərək ayaqlarını öpməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İşçinin evin şəkilini çəkdiyini görən şahzadə buna qəzəblənib və mühafizəçilərə həmin şəxsi döyməyi əmr edib. Mühafizəçilər işçini döyəndən sonra əl-qolunu bağlayıb şahadənin ayaqlarından öpməyə məcbur ediblər.

Bir neçə saat bağlı otaqda saxlanılan işçi gecə sərbəst buraxılıb. İşgəncəyə məruz qalan şəxs polisə şikayət edib. Şahzadə Hassa həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru