Elon Maskın sirli təşəbbüsü – “Qalaktikalararası media imperiyası”

16-03-2018, 19:18           
Elon Maskın sirli təşəbbüsü – “Qalaktikalararası media imperiyası”
“SpaceX” şirkətinin rəhbəri Elon Mask innovasion ideyalar həyata keçirməyə davam edir.

İKT.lent.az-ın xəbərinə görə, bu dəfə məşhur iş adamı “Qalaktikalararası media imperiyası” yaratdığını açıqlayıb və onu “Thud” adlandırıb. Bu barədə o, “Twitter”də yazıb.

E. Maskın nümayəndələri təsdiqləyiblər ki, “Thud” onun yeni layihəsidir. Lakin onlar əlavə hər hansı məlumat verməkdən imtina ediblər. “GoDaddy” domen bazasında “thud.com” ünvanı qeydiyyatdan keçib, lakin onun sahibləri barədə məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl E. Maskın feyk (yalan) xəbərlər saytı “The Onion”u almaq istədiyi barədə xəbər yayılmışdı. Lakin bunun yerinə o, həmin saytın redaktorunu və aparıcı əməkdaşlarını gizli komediya layihəsi üçün işə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru