Almaniyada silah zavodunda partlayış: Yaralılar var

16-03-2018, 22:45           
Almaniyada silah zavodunda partlayış: Yaralılar var
Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.

İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.

Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb.

"Sueddeutsche Zeitung" qəzetinin verdiyi xəbərə görə, zavodda ən azı bir partlayış baş verib. Onun ardından isə yanğın başlayıb.

Partlayışların təkrarlanmasından ehtiyatlanan xilasdicilər hələlik binaya daxil ola bilmirlər. Zavodun işçiləri iş yerlərini tərk edə biliblər. Yaxınlıqda yerləşən uşaq bağçası da təxliyyə edilib. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.