Hindistanda tükürpədici qərar - Qadına qarşı belə vəhşilik görülməmişdi
28-08-2015, 20:48
Hindistanın Uttar-Pradeş ştatının hinduizmə sitayiş edən kəndliləri qardaşın “əxlaqsız hərəkəti”nə görə iki bacını cəzalandırmaq qərarı veriblər.
Avropa.info xəbər verir ki, kənd iclasında biri yetkinlik yaşına çatmamış olan bacıları haqda kütləvi zorlama qərarı çıxarılıb.
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı bildirir ki, kollektiv qaydalara uyğun olaraq qadınların alçaldılması hindus cəmiyyətinin vəhşi adətlərinə xas cəhətdir.
23 yaşlı kənd sakini Minakşi Kumari və 15 yaşlı bacısını ölümcül təhlükə gözləyir. “Toxunulmazlar” kastasından olan qızlar və ailəsi kənddən qaçıblar. İndi onlar öldürülmələrindən qorxaraq Dehli şəhərində gizlənirlər.
Qızların cəzalandırılması qardaşları Ravinin özündən yuxarı kastanın nümayəndəsinin qızına aşiq olmasından sonra baş verib. Oğlan qızı da götürərək kənddən qaçıb. Hadisədən bir ay əvvəl qızı zorla öz kastasından olan başqa adama ərə vermişdilər. Ravinin hərəkətindən qəzəblənən kənd sakinləri işin acığını onun bacılarından çıxmaq qərarı veriblər.
Təhlükə hiss edən Kumari ailəsi doğma kəndini tərk edib. 6 gün sonra kənd sakinləri onların evinə girərək, hər şeyi viran qoyublar. Daha sonra qızlar öyrəniblər ki, kənd camaatı qızları geri qaytarmaq, daha sonra zorlamaq, üzlərini murdarladıqdan sonra çılpaq halda hamının qarşısına çıxarmaq qərarı veriblər.
Təcavüz haqda qərarı kəndin ali kastasının üzvləri veriblər. Qərarı ali kasta verdiyi üçün o ləğv edilə bilməz.
Polis ailənin şikayətini ümumiyyətlə dinləmək istəmir. Əksinə “hər an ölümə hazır olun”, deyirlər. Çarəsizlik halında qalan qızlar Hindistan Ali Məhkəməsinə müraciət ediblər. Qızların məhkəməyə şikayətini eşidən kənd sakinləri daha da aqresivləşib.