Çeçen komandiri kim və nə üstündə güllələdi
28-08-2015, 21:15
Daha əvvəl xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Çeçenistanın “Şimal” batalyonunun komandir müavini Musa Əyyubov və arvadı evində ölü tapılmışdı.
Avropa.info xəbər verir ki, Kadırovun komandirini həmin batalyonda xidmət edən elə öz qardaşı oğlu güllələyib. Bu haqda açıqlamanı Rusiya DİN DQ-nin mətbuat katibi Vasili Pançenkov verib.
Hadisə yerində döyüş patronları ilə doldurulmuş travmatik tapança tapılıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qətlə yetirilən zabitin qardaşı oğlu narkotik satışı ilə məşğul imiş. Əyyubov öz qohumundan narkotik satışına son qoymağı dəfələrlə xahiş edib. Qətlin baş verdiyi gün narkotik maddə təsirində olan gənc münaqişə zamanı əvvəlcə komandiri, sonra onun arvadını güllələyib.
Qatil 8 atəş açıb və hədəf kimi başı seçib. Alınan yaralar nəticəsində Musa Əyyubov və 1988-ci il təvəllüdlü arvadı hadisə yerindəcə keçinib. Ailənin uşağı yoxdur.
İstintaq hadisənin səbəblərini araşdırmaqda davam edir.