ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır

20-03-2018, 19:53           
ABŞ-da məktəbdə atışma nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır
Bu gün ABŞ-ın Merilend ştatında məktəbdə "Great Mills" məktəbindəki atışmada 3 nəfər ağır yaralanıb.

APA-nın məlumatına görə, bunu Sent Meri rayonunun Tim Kemeron NBC telekanalına açıqlamasında bildirib.

T. Kemeron deyib ki, xəsarət alanlardan biri atəş açan şəxsdir: "Atəş açan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O cümlədən bir qız və digər bir nəfər də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".

****

ABŞ-ın Merilend ştatında məktəbdə silahlı insident baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli KİV-lər hadisə yerində xeyli sayda yaralı olduğunu bildirirlər.

Sent-Meri əyalətinin polis idarəsindən qeyd edilib ki, hadisə Qreyt Mills məktəbində baş verib.

Valideynlərə uşaqları dərsə gətirməmək tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru