Sarkozi ilə bərabər nazir də həbs edildi: 48 saat sonra...

20-03-2018, 19:57           

Fransanın keçmiş prezidenti Nikola Sarkozi polis tərəfindən saxlanıb.

Axar.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb. Onun 2007-ci ildəki prezident seçkisi zamanı seçkiqabağı təşviqat kampaniyasını maliyyələşdirməsiylə əlaqədar saxlanıldığı bildirilib.

Qeyd edək ki, Sarkoziyə qarşı cinayət işi 2017-ci ildə yenidən qaldırılıb. O, təşviqat kampaniyasının Liviyanın mərhum lideri Müəmmər Qəzzafi tərəfindən maliyyələşdirilməsində ittiham edilir.

***

Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə bərabər onun hakimiyyəti dönəmində bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb.

Bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Onların hər ikisinin eyni ittihamla saxlanıldığı bildirilib.

Fransa qanunvericiliyinə əsasən, N.Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da azadlığa buraxılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru