Rusiya diplomatları Londonu tərk edir

20-03-2018, 20:14           
Rusiya diplomatları Londonu tərk edir
Böyük Britaniyadan geri çağırılan Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, ondan çox avtomobil və mikroavtobus səfirlikdən hava limanına yola düşüb.

Səfir Aleksandr Yakovenkonun hava limanına gələrək diplomatlarla şəxsən sağollaşacağı bildirilir.

Qeyd edək ki, rəsmi London, ümumilikdə, Rusiya səfirliyinin 23 əməkdaşını geri göndərib. Britaniya hakimiyyəti bu addımı Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiyanın əlaqəsinin olmasında şübhələnir. Bu baxımdan, Birləşmiş Krallıq Rusiya ilə əlaqələrini qismən kəsib. Londonu isə ümumilikdə, 80-ə yaxın səfirlik əməkdaşı və onların ailə üzvləri tərk edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru