Albaniya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

26-03-2018, 21:33           

Albaniya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. AzEuroNews.com xəbər verir ki, yeniləşdirilmiş məlumat Gürcüstan və Albaniya Xarici İşlər Nazirliyinin veb-səhifəsində artıq dərc olunub.

“Albaniya Respublikasına səfər edən Gürcüstan vətəndaşları Albaniyaya vizasız daxil ola və istənilən 180 gün ərzində 90 gün qala bilərlər”- deyə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.

Son aylar ərzində Gürcüstan vətəndaşları üçün viza rejimini bir neçə ölkə ləğv edib. O cümlədən Bosnia və Hersoqovina və Serbiya da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru