Rusiyanın avtomobil sənayesi tənəzzülə uğrayıb

30-08-2015, 12:45           

Rusiyanın avtomobil sənayesi iqtisadi tənəzzül və rublun dəyər itirməsi ilə birlikdə batır. Bu sənayenin içindəkilər deyir ki, Rusiya artıq dərəcədə idxallardan asılıdır və inflyasiya istehlakçılar üçün qiymətləri artırır.


Rusiyanın avtomobil bazarı daha çox istehlakçı cəlb etməlidir.

10 illik artımdan sonra satışların 2013-ci il səviyyəsindən iki qat azalacağı gözlənilir, çünki Rusiya iqtisadiyyatı aşağı neft qiymətləri və Qərb sanksiyalarından əziyyət çəkir.

“Rusiyada heç bir artım yoxdur. Əksinə, iqtisadiyyat ixtisarlaşır. İstehlakçıların gözləntiləri isə hazırda heç də müsbət deyil.”

Rublun dəyərini itirməsi və qiymətlərin artması nəticəsində Rusiyanın asılı olduğu yüksək səviyyəli texnologiya idxallarının xərcləri artıb.

Ancaq əziyyət çəkən təkcə Rusiyanın avtomobil istehsalçıları deyil.

General Motors (GM) Rusiyada zavodunu bağladığı üçün endirimdə olan maşın modellərindən qurtulmağa çalışır.


“Bugünkü satışları onların bazarı tərk etmək qərarından öncəki satışlarla müqayisə etsək, satışların 50 faiz düşdüyünü görərik.”

Kredit subsidiyaları və maşınları parçalara bölüb satmaq istehlakçı tələbatını artırmağa kömək etməyib.

“Çox şey dünya iqtisadiyyatının vəziyyətindən və neft qiymətlərindən asılı olacaq. Bu qeyri-müəyyənlik həm ölkənin rəhbərliyinə, həm də istehlakçı davranışına təsir göstərir.”

Maşın biznesinin içində olanlar isə deyir ki, Rusiyanın maşın bazarının bundan da pis günlər yaşayıb, amma sonda iqtisadi dövriyyələrə baxmayaraq bərpa olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.